Təhsil Nazirliyi orta məktəbi bitirəcək şagirdlərin sayını açıqladı
20 may 2013 15:51 (UTC +04:00)

Təhsil Nazirliyi orta məktəbi bitirəcək şagirdlərin sayını açıqladı

Təhsil Nazirliyi bu il orta məktəbi bitirəcək şagirdlərin sayını açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216734 nəfər (o cümlədən: IX sinif şagirdlərinin sayı 125250 nəfər, XI sinif şagirdlərinin sayı 91484 nəfər) təşkil edir.

 

Ali və orta ixtisas təhsili ocaqlarını bitirəcək tələbələrin sayına gəldikdə isə, nazirlikdən verilən məlumatda qeyd olunur ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26137 nəfərdir.

 

 Nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə isə gözlənilən tələbə buraxılışı 10399 nəfər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar