Təhsil Nazirliyi müəllimlik ixtisaslarına yüksək balla qəbulun tərəfdarıdır
31 oktyabr 2013 15:59 (UTC +04:00)

Təhsil Nazirliyi müəllimlik ixtisaslarına yüksək balla qəbulun tərəfdarıdır

Bəzi ekspertlər bildirirlər ki, qəbul imtahanlarında müəllimlik ixtisasına qəbul yüksək balla həyata keçirilsin. Bununla bağlı Təhsil Nazirliyinin mövqeyini öyrəndik. Nazirlikdən Lent. az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Təhsil Nazirliyinin ekspertlərin fikrinə münasibəti müsbətdir: “Müəllimlik ixtisaslarına qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin qəbul olunmasına dair ekspertlərin fikrinə Təhsil Nazirliyi müsbət yanaşır”.

Təhsil Nazirliyi bəzi KİV-lərdə orta məktəblərdə korrupsiya faktları, fond pullarının yığılması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Təhsil Nazirliyi bu cür neqativ hallarla bağlı daxilən müraciətləri səlahiyyətləri çərçivəsində araşdırır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

 

# 922

Oxşar yazılar