Təhsil Nazirliyi dərslik məsələsinə aydınlıq gətirdi
29 may 2013 11:44 (UTC +04:00)

Təhsil Nazirliyi dərslik məsələsinə aydınlıq gətirdi

2011/2012-ci tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini bitirməli olan 21872 tələbədən 20768-i (95%) müvəffəq qiymət alıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.  Onlardan 18030-u əyani, 3842-si qiyabi şöbənin tələbəsi olub.

Magistratura səviyyəsini bitirməli olan 3283 nəfər tələbədən 3130-u (95.3%) təhsillərinin müvəffəqiyyətlə başa vurub. Onlardan 2208-i əyani, 922-si qiyabi şöbənin tələbəsi olub.

 

Təhsil nazirliyi yeni çap olunacaq dərsliklər barədə də məsələyə aydınlıq gətirib. Yeni tədris ilinə ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün kurikulum əsasında ilk yeni dərslik komplektləri (dərslik və müəllim üçün metodik vəsait) hazırlanacaq. Eyni zamanda 2 və 4-cü sinif dərsliklərinin də çapı nəzərdə tutulur.

 

Qeyd edək ki, dərsliklərlə bağlı bizə daxil olan bütün təklif və rəylər təkrar nəşrlərdə nəzərə alınmaq üçün nəşriyyat-poliqrafiya müəssisələrinə və müəlliflərə göndərilir və təbii ki, səmərəli olanlar nəzərə alınır. TQDK-nın monitorinqlərinin nəticələri də bu məqsədlə aidiyyəti ünvanlara çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 835

Oxşar yazılar