Təhsil naziri vətəndaşlarla görüşəcək
12 iyul 2013 13:57 (UTC +04:00)

Təhsil naziri vətəndaşlarla görüşəcək

 

İyulun 19-da saat 11.00-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Lent.az-ın Təhsil Nazirliyinin saytına istinadən xəbərinə görə, qəbulda Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşlar iştirak edə bilərlər.

 

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar