Təhsil naziri Naxçıvanda olub
17 may 2013 20:47 (UTC +04:00)

Təhsil naziri Naxçıvanda olub

 

Mayın 17-də Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, təhsil naziri Naxçıvan şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib və Heydər Əliyev muzeyində olub.

 

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilib.

 

Görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun,  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilib.

 

Təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunub, Saleh Məhərrəmova yeni fəaliyyətində uğurlar arzu edib. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışıb.

 

Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları üçün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb.

 

Nazir Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə tanış olub, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381
avatar

Oxşar yazılar