Təhsil naziri həmkarları ilə nədən danışdı?
22 may 2013 10:26 (UTC +04:00)

Təhsil naziri həmkarları ilə nədən danışdı?

Dünən Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi olub. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib.

Konqresdə təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nabi Avcı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili, ali məktəb rektorları, təhsil işçiləri iştirak ediblər. Təhsil naziri M. Cabbarov Azərbaycanın ali məktəblərində dünyanın bir çox ölkələrindən olan əcnəbi tələbələrin müxtəlif ixtisaslar üzrə təhsil aldığını bildirib. Ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlardan söz açan nazir ali məktəblərin fəaliyyətinin müasir dövrün və qloballaşan dünyanın tələblərinə cavab verən səviyyədə təşkil olunması üçün qarşıda duran vəzifələrə toxunub.

Təhsil naziri ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra da bu siyasətin davam etdirildiyini bildirib. Dövlət Proqramı çərçivəsində 1200-dən artıq azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərinə göndərildiyini qeyd edən nazir onların bütün xərclərinin Azərbaycan tərəfindən ödənildiyini vurğulayıb.

Türkiyənin milli təhsil naziri Nabi Avcı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin əsas məqsədinin müxtəlif ölkələrin ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirməkdən, dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması işinə təkan verməkdən ibarət olduğunu, həmçinin müəllim və tələbə mübadiləsini dəstəklədiyini nəzərə çatdırıblar.

# 1170

Oxşar yazılar