Tehran məktəbli “Traxtur”sevərlərdən də çəkinir
06 mart 2013 04:57 (UTC +04:00)

Tehran məktəbli “Traxtur”sevərlərdən də çəkinir

Təbrizdə “Traxtur” futbol komandasının oyununu izləməyə gedən məktəblilərə qarşı Tehran hakimiyyəti cəza tətbiq edib.

 

Təbrizin Şəhid Əşrəfi orta məktəbinin inzibati şurası Səccad Purvəli, Möhsün Qeybi, Nima Nəcəfian, Babək Fəthi, Salar Havizeri, Əmin İsmailzadə və Kamal İmamini «dəlilsiz qaib olmaq və məktəbin qeydlərinə laqeyd olmaq” ittihamı ilə cəzalandırıb.

Adını çəkdiyimiz məktəblilərin əxlaq normaları qiymətindən 3 bal azaldılıb və bu məsələ onların dosyesində qeyd olunub.

Məktəblilərə xəbərdarlıq edilib ki, bu hadisə bir daha təkrar edilərsə, onların dosyesi yuxarı qurumlara göndəriləcək və barələrində ciddi qərar qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851
avatar

Oxşar yazılar