Sarab şəhərində tutulan mədəni-fəallar ağır işgəncələrə məruz qalıb. Həmin şəhərdə tutulanların sayı 41 nəfərə çatıb.
Lent.az-ın məlumatına görə, tutulanların əksəriyyəti 20-34 yasında olan gənclərdir. Onlardan Camal Musəvinəjad, Həmid Tohidi, Əli Səmədpur və Daryuş Pərvanə daha ağır işgəncələrə məruz qaldığı bildirilir.
Əli Səmədpur elektrik şoku nəticəsində komaya düşüb, 4 gün İnqilab Keşikçiləri Qvardiyasının n xəstəxanasında müalicədən sonra komadan ayılıb və yenidən zindana qaytarılıb.
Həmid Tohidi isə işgəncədən tanınmaz hala düşüb.
Ən acınacaqlı durumda olanlardan biri də Babək Bəqaidir. O, anadangəlmə əlildir. Bunlara baxmayaraq onu da ağır işgəncəyə məruz qoyublar. İstintaq idarəsi tutulanların hamısını Güney Azərbaycan təşkilatlarına bağlılıqda ittiham edib və onlardan “silahlarını harada gizlətdiklərini” soruşublar.