Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlarının aldıqları nəqliyyat xərclərindən biri ləğv edilib.
Lent.az-ın verdiyi məlumata görə, Nazirlər Kabineti “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”, “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası” və “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”na dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra bu qurumların əməkdaşları və onların ailə üzvlərinə yeni xidmət yerinə köçməsi ilə əlaqədar nəqliyyatda sərnişinlərin dövlət icbari sığorta haqqı məbləğində xərc ödənməyəcək. Nazirlər Kabinetinin digər qərarı ilə “Dövlət müəssisə, birlik və təşkilatlarının dövlət icbari sığortası üzrə tədiyə tariflərinin dərəcələri haqqında” qərarını da ləğv edib.