İranda və Güney Azərbaycanın bütün bölgələrində gündəlik tələbat malları ilə yanaşı başqa məhsulların da qiyməti qalxmaqdadır. Bu proses az qala hər gün baş verir.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, martın 27-də Təbrizdə şəhər avtobuslarında gediş haqqı 50 faiz bahalanıb.
Təbrizin nəqliyyat şirkəti şəhər daxili və bölgələr gedən avtobuslarda yeni gediş haqqı elan edib.
Şirkətin elanına görə, şəhər daxili ictimai avtobus üçün gediş haqqı 2000 rial (bir dollar təxminən 40000 rialdır), xüsusi avtobus xəttinin gediş haqqı isə 2500 rial qərarlaşdırılıb.
Şəhər ətrafı avtobusların da gediş haqqı 50 faiz bahalaşıb və hətta bəzi məntəqələrdə 3500 riala çatıb.