Bu gün tanınmış jurnalist İlqar Əlfinin yubileydir. Lent.az-ın məlumatına görə, yazıçı-tərcüməçi kimi də tanınan İ.Əlfinin 60 yaşı tamam olur.
1955-ci ildə Bakıdan anadan olan İ.Əlfi 1972-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirib. 1972-1976-cı illərdə Azərbaycan Dövlət Universtetinin şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində təhsil alıb. 1976-1977-ci illərdə İran Şahlığında tərcüməçi işləyib. 1978-1991-ci illərdə Azərbaycan Dövlət Televiziya və radio verilişləri Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor və şöbə müdiri işləyib. 1988-ci ildə efirə çıxan "Dalğa" bədii-publisistik proqramının yaradıcılarından biri və aparıcısı olub. 1991-1993-cü illərdə İran İslam Respublikasının Bakıdakı səfirliyində müşavir işləyib. 1998-2001-ci illərdə "Bu gün" qəzetində köşə yazarı, 1999-2003-cü illərdə "Rakurs" qəzetlər qrupunun təsisçisi, "Avtorited" qəzetinin baş redaktoru olub. 2003-2006-cı ollərdə "Qafqaz Media" tədris mərkəzinin baş direktoru olub. 2007-2014-cü illərdə "APA" Holdinqin müxtəlif media qurumlarında çalışıb, APA TV-nin yaradıcılıq şurasının sədri olub.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində dil üzrə mütəxəssis işləyir.
Lent.az kollektivi İ.Əlfini 60 illik yubileyi münasibətilə təbrik edir.