Energetika Nazirliyinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunub.
“APA-Economics”in məlumatına görə, bu vəzifəyə Zəminə Əliyeva təyin olunub.
Qeyd edək ki, bundan əvvəl bu vəzifədə Azər Mənsimli çalışıb. O, bu ayın əvvəlində öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.