APA TV-nin “Sosium” verilişinin aparıcısı Elnur Hidayətoğluna yeni vəzifə verilib. Lent.az-ın məlumatına görə, o, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
E. Hidayətoğlu artıq bu gündən yeni işinin icrasına başlayıb.
Qeyd edək ki, tanınmış jurnalist daha əvvəl ANS-in “İç xəbər” proqramında çalışıb.