Tanınmış aparıcı İTV-dən getdi
31 iyul 2017 11:49 (UTC +04:00)

Tanınmış aparıcı İTV-dən getdi

0
Aparıcı Kamran Quliyev İTV-dəki işindən ayrılıb.
 
Lent.az məlumatına görə, bu haqda o, axşam.az-ın əməkdaşı ilə söhbətində deyib.
 
Kamran getməyinin səbəbini də açıqlayıb:
 
“Artıq 1 aydır ki, işdən çıxmışam. Qarşılıqlı danışma, razılaşma yolu ilə belə addım atdım. İctimai kanalda maraqlı layihələr etdim. Amma izlənmədi. Həmin verilişləri hansısa baxımlı kanalda etsəydim, indi küçədə məni tanımayan olmayacaqdı”.
 
K.Quliyev yeni mövsümdə efirdə fərqli bir formatda verilişlə görünəcəyini söyləyib:
 
“Artıq proqramlarım sahibi olduğum “KA Media” prodakşında hazırlanacaq. Burada şərt deyil ki, aparıcı kimi mən görünüm. Daha səviyyəli, maraqlı iki veriliş gəlir. Əvvəl düşünürdüm ki, sentyabrda efirə çıxım. Amma daha keyfiyyətli layihə əldə etmək üçün proqramım bir az gec təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar