Bakıda elektrik enerjisinin təminatında yaranan kəsinti ilə bağlı bəzi svetoforların fəaliiyəti dayanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır: “ Həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür”.