Sürüşdürülən bina yeni bünövrəyə 2 həftəyə oturdulacaq
01 may 2013 12:04 (UTC +04:00)

Sürüşdürülən bina yeni bünövrəyə 2 həftəyə oturdulacaq

Hollandiyanın «Bresser» şirkəti Bakı şəhərinin Füzuli küçəsi,39 ünvanında yerləşən yaşayış binasının çəkilməsini uğurla başa çatdırıb.


«APA-Economics»in məlumatına görə, bunu şirkətin prezidenti Leon Sveyxers bildirib.

 

Onun sözlərinə görə, binan çəkilməsi prosesi 4 gün davam edib. Aprelin 23-də başlanan iş aprelin 27-də başa çatıb. Ümumilikdə, binanın bilavasitə çəkilməsi prosesi 40 saat davam edib. L.Sveyxers bildirib ki, hazırda binanın yeni bünövrəsinə oturdulması prosesi gedir.


Şirkətin təsisçisi və çəkilmə texnologiyasının müəllifi olan Herman Bresser isə bildirib ki, binanı yeni bünövrəsinə oturtmaq 2 həftə vaxt aparacaq.  Sakinlərin binaya nə vaxt qayıtması isə infrastrukturun bərpasından asılıdır: «Binanın bünövrəsinə oturdulması ilə bizim işimiz başa çatır».

 

«Bresser» şirkətinin rəhbəri binanın yeni yerində 8 ballıq zəlzələyə davamlı olduğunu bildirib.


Şirkət rəsmiləri relokasiya prosesinə göstərdiyi dəstəyə görə dövlət başçısına, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildiriblər.

 

Qeyd edək ki, video çəkiliş "On3 Agency" şirkəti tərəfindən təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar