Bakıda bu küçədə hərəkət 5 saat qadağan ediləcək
16 iyul 2018 11:10 (UTC +04:00)

Bakıda bu küçədə hərəkət 5 saat qadağan ediləcək

Bakıda avtomobillərin sıx hərəkət etdiyi küçələrdən birində hərəkət tam məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən Lent.az-a verilən məlumata görə, Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli eletrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar