Şura və USAİD anlaşma memorandumu imzaladı
17 aprel 2013 16:21 (UTC +04:00)

Şura və USAİD anlaşma memorandumu imzaladı

0

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasında “Azərbaycanda sosial-iqtisadi inkişaf fəaliyyəti” adlı layihənin həyata keçirilməsində tərəfdaşlıqlarını rəsmiləşdirmək məqsədilə anlaşma memorandumu imzalanıb.

 

Lent.az-ın verdiyi məlumata görə, memorandumu Şuranın sədri Azay Quliyev və USAİD administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksandra Peyc imzalayıblar.

 

İmzalanma mərasimində çıxış edən Azay Quliyev deyib ki, memorandumun əsas məqsədi İqtisadi İnkişaf Nazirliyi ilə birgə yerinə yetirilən SEDA layihəsinin dəstəkləmək istiqamətində USAİD və QHT-lərə Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaş cəmiyyəti zəif inkişaf edən Araz, Quba-Xaçmaz və Gəncə-Qazax regionlara yardım etməkdir. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə imzalanan bu sənədin ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsinə xidmət edən iki nüfuzlu qurum arasında tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirəcəyinə inandığını söyləyib.

 

Aleksandra Peyc isə bildirib ki, hər iki təşkilat ədalətli iqtisadi-sosial inkişafın vacibliyini anlayır və güclü vətəndaş iştirakçılığını dəstəkləyir: “Bu, hər iki təşkilat arasında imzalanmış vacib sənəddir və öz-özlüyündə bir neçə il əvvəl bizim aramızda başlanmış əməkdaşlığın tarixi məqamıdır. Hesab edirəm ki, memorandum iki dövlət arasında münasibətlərin inkişafına yardım göstərəcək”.

 

Sonda tərəflər arasında İqtisadi inkişaf Nazirliyi, USAİD və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə anlaşma memorandumu imzalanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 898

Oxşar yazılar