Şura jurnalistləri təbrik etdi
16 iyul 2015 12:54 (UTC +04:00)

Şura jurnalistləri təbrik etdi

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Milli Mətbuat 140"adlı tədbir keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə QHT şurasının nümayəndələri ilə KİV-ləri iştirak edib .
 
İlk olaraq çıxış üçün söz Şuranın sədri, millət vəkili Azay Quliyevə verilib. O, çıxışında bayram günü münasibəti ilə bütün jurnalistləri təbrik edib. "140 il az müddət deyil. Bu müddət ərzində Azərbaycan mətbuatı şərəfli bir yol keçib. Mətbuat ona görə 4-cü hakimiyyət sayılır ki, oarada yazılanlar dövlət tərəfindən nəzərə alınır.  Bu gün Mətbuat Şurası öz üzərinə düşən funksiyaları yerinə yetirir. Dövlət tərəfindən kömək var. 2007-ci idlə isə Kütləvi İnformasiya Vasitələrinin konsepsiyası təsdiqləndi. 2009-cu ildə KİV-ə Dəstək Fondu yaradıldı. Bu da dövlət tərəfindən mətbuta dəstək idi. Azərbaycan yeganə dövlətlərdir ki, burada jurnalistlərə mənzillə təmin edilirlər. Azərbaycanda söz azadlığa var. Ona görə, bütün jurnalistlərə hər cür şərait yaradılıb. Bizim də onlardan yeganə istəyimiz odur ki, obyektiv olsunlar".
Daha sonra Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu çıxış edib. 
 
Bundan sonra isə millət vəkili jurnalistlərə müxtəlif nominasiya mükafatlarını təqdim edib.
 
Mükafat alanlar sırasında Lent.az-da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar