Mahal Əliyev Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub. Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə Lent.az-a açıqlamasında qeyd edib ki, şöbə müdiri Mahal Əliyev öz ərizəsi ilə işdən azad olunub: “Mən Mahal müəllimlə əlaqə saxladım, o bildirdi ki, səhhətindəki problemlə əlaqədar olaraq işdən azad olunması ilə bağlı ərizə yazıb”.
B. Hüseynzadə onu da bildirib ki, hələlik Sumqayıt şəhər Təhsil Şöbəsinə yeni müdir təyin olunmayıb.