Sumqayıtda “Təbiətin gənc mühafizəkarları” layihəsi həyata keçirilir
30 noyabr 2017 11:36 (UTC +04:00)

Sumqayıtda “Təbiətin gənc mühafizəkarları” layihəsi həyata keçirilir

0

 

 
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəklədiyi “Təbiətin gənc mühafizəkarları” layihəsinin icrası davam edir.
 
 
Lent.az-ın məlumatına görə, layihə çərçivəsində keçirilən tədbirdə ağacəkmə, yaşıllığın artırılması aksiyalarından bəhs edilib. Yeniyetmələrə ətraf mühitin qorunması istiqamətində görülən işlərdə onların üzərinə düşən vəzifələr izah edilib, təbiətin gənc mühafizəkarları kimi bu işlərə dəstək olmaları tövsiyə edilib. Sumqayıt şəhər 4 saylı məktəbin müəlliməsi Xəyalə Məmmədova çıxışında yeniyetmələrə Sumqayıt şəhərinin illər öncə zəhərli qazlar və zavod tullantıları ilə əhatə olunmasından, bunun nəticəsində şəhər əhalisinin müxtəlif xəstəliklərdən əziyyət çəkməsindən bəhs edib. X. Məmmədova Heydər Əliyevin hakimiyyətə gəlişinin bu vəziyyəti müsbətə doğru dəyişdiyini nəzərə çatdırıb. Ətraf mühitin qorunması, ekoloji mühitin təmizliyi istiqamətində aparılan siyasət öz bəhrəsini verib. X. Məmmədova böyük əziyyətlər və atılan doğru addımlar sayəsində ərsəyə gələn ətraf mühitin qorunması üçün yeniyetmələrin də dəstəyinin vacib olduğunu vurğulayıb.
 
 
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr etdirilmiş bukletlər və dəftərxana ləvazimatları paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar