Sudan qanunsuz istifadə edənlərin nəzərinə
19 may 2014 14:40 (UTC +04:00)

Sudan qanunsuz istifadə edənlərin nəzərinə

 

Azərbaycanda su xətlərinə qanunsuz qoşulmanın cərimələnməsi ilə bağlı hüquqi qaydalar dəyişdirilir.

 


Lent.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 101.2.3-cü maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən layihədə İnzibati Xətalar Məcəlləsinin sudan qanunsuz istifadəyə görə cəza nəzərdə tutan maddəsi yeni redaksiyada verilib. Hazırda qüvvədə olan variantda su kəmərlərindən, kanallardan özbaşına su götürülməsi kimi verilən 101.2.3-cü maddə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması formasında dəyişdirilib. Qanunvericilik “az miqdarda ziyan” dedikdə min manatadək olan ziyan nəzərdə tutulur. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vuran fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir. Layihə plenar iclasa tövsiyə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Mübariz Aslanov

Oxşar yazılar