Stress aclığından qurtulmağın üsulu
05 fevral 2015 02:45 (UTC +04:00)

Stress aclığından qurtulmağın üsulu

Bir çox insanlar stress keçirərkən çox yeyirlər. Bu da, öz növbəsində, artıq çəkiyə səbəb olur.

 

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə, stress zamanı artıq qida qəbulunun qarşısını alan dərman vasitəsi kəşf olunub. Təbiblər bu dərman vasitəsinin hazırlanması üçün çoxsaylı araşdırmalar aparıblar.

 

Stress zamanı artıq yemək hadisəsini lokallaşdırmaq üçün Amerikanın Qida məhsulları və dərman preparatları üzərində Sanitariya nəzarəti idarəsinin mütəxəssisləri anoloqu olmayan preparat qeydiyyatdan keçiriblər. Bu preparat stressli situasiyalara qarşı işləyir.

 

Alimlər dərman vasitəsinin effektivliyinə şübhə etmirlər. Çünki 724 nəfərin iştirakı ilə keçirilən kliniki sınaqlar müsbət nəticə verib.

 

Dərmanın əsas təsir qüvvəsi lisdeksamfetamin dimesilat maddəsi ilə əlaqədardır. Bu maddə qida qəbul etmə normasını nizama salır. Bununla belə dərman yan təsirlərə də malikdir. Qəbul edən adamlarda susuzluq, yuxusuzluq və narahatlıq kimi hisslər yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar