Aprelin 1-ə qədər Dövlət Sosial Müdafiə Fondu sistemində 1271,5 min nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,8 faizini təşkil edib.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 152,9 manat təşkil edib və orta aylıq əmək haqqının 37,8 faizinə bərabər olub.
Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 605,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən, 6,5 milyon manat və ya 1,1 faiz çox vəsait yönəldilib.
Aprelin 1-nə qədər 311 min nəfərə sosial müavinətlər təyin olunub.
2013-cü ilin üç ayı ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 35,0 min nəfər aylıq təqaüd alıb.
123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 26,8 manat ödənilib.
Statistika Komitəsi: 1271,5 min nəfər pensiyaçı qeydiyyatda olub
479