Azərbaycanda statistik məlumatların verilməsi qaydalarının pozulması ilə bağlı cəzalar xeyli sərtləşdirilir.
Lent.az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçirilən iclasda açıqlanıb ki, maddəyə edilən dəyişikliyə əsasən, statistika müşahidələrinin keçirilməsi və zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 700 manata qədər cərimə tətbiq ediləcək. Hazırda bu rəqəm 35 manatdan 50 manata qədərdir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.