Soyqırım qurbanları hansı ölkələrdə anılacaq? – SİYAHI
28 mart 2013 17:27 (UTC +04:00)

Soyqırım qurbanları hansı ölkələrdə anılacaq? – SİYAHI

Ermənilərin 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın bir çox  bölgələrində törətdiyi soyqırım qurbanları  dünyanın bir çox ölkəsində anılacaq. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldovoda   on minlərlə insanın ruhu müxtəlif tədbirlərlə yad ediləcək.         

 

Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk, Vladivostok və digər şəhərlərində 31 Mart – Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş dəyirmi masa və konfranslar keçiriləcək, faciəli hadisələri əks etdirən fotosərgilər təşkil olunacaq və sənədli filmlər nümayiş etdiriləcək. Martın 30-da Moskvanın “Xudojestvennıy” kinoteatrında tarixçi-ekspertlər, diplomatlar, alimlər, hüquqşünaslar, jurnalistlər, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə  “Xoca” filminin nümayişi nəzərədə tutulub.  Martın 31-də isə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda xatirə gecəsi təşkil ediləcək. Tədbir Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu və diaspor təşkilatlarının dəstəyi ilə keçiriləcək. Soyqırım qurbanları Ukraynanın paytaxtı Kiyevdə də anılacaq. Ukrayna Azərbaycanlıları Konqresinin  ofisində keçiriləcək anım mərasimində Ukrayna ictimaiyyətinin təmsilçiləri, Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı planlaşdırılır. Krım Azərbaycan İcması,  Ukrayna Azərbaycanlıları Konqresinin Odessa, Dnepropetrovsk, Nikolayev regional bölmələri də soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirməyi nəzərdə tutub.

 

Martın 31-də  Belarus Respublikasının paytaxtı  Minskdə Azərbaycanın Belarusdakı səfirliyi və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçiriləcək. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutacaq tədbirə Belarus ictimaiyyətinin, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri dəvət olunub. Martın 31-də Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi də ölkənin paytaxtında analoji anım mərasimi təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar