Dünyada sosial şəbəkə<span style="color:red;"> BÖHRANI : <span style="color:red;">TƏHLÜKƏ VAR
14 mart 2019 12:05 (UTC +04:00)

Dünyada sosial şəbəkə BÖHRANI: TƏHLÜKƏ VAR

Martın 13-ü axşam saatlarından etibarən sosial media resurslarına girişdə problemlər yaşanır. İstifadəçilər isə problemi öz bildikləri kimi həll etməyə çalışır. Rəy olaraq bir-birlərindən nöqtə, vergül istəyənlərin sayı da kifayət qədərdir.

 

Bəs əslində nə baş verib?   

 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz problemlə bağlı Lent.az-a verdiyi açıqlamada bildirib ki, müəyyən texniki problemlər yalnız Azərbaycanda deyil, dünaynın bir sıra regionlarında baş verib: “Dünən axşamdan etibarən qlobal sosial media resurslarında- “Facebook”, "İnstagram,” "WhatsApp” və s. texniki problemlər yaşanır. Bu, yalnız bizdə deyil, Amerikanın bəzi hissələrində, Asiyada s. regionlarda yaşanıb.

 

İstifadəçilər paylaşım edə, messencerə daxil ola və rəy yaza bilməyiblər. Hətta girişdə problem yaşayanlar da olub. Sonradan açıqlama oldu ki, sosial media resurslarının serverlərinə müxtəlif təminat proqramlarından istifadə olunaraq müəyyən hücumlar təşkil edilib. Həmin hücumlardan dolayı  serverlərdə problemlər yaşanıb və normal fəaliyyət göstərə bilməyiblər. Məndə olan məlumata görə, bu gündən həmin resurslar artıq normal işləyir”.

 

O.Gündüz qeyd edib ki, istifadəçilərin belə zamanlarda ehtiyatlı olmaları vacibdir: “Belə zamanlarda gələn mesajları açan zaman ehtiyatlı olmaq vacibdir. Çünki gələn mesaj şübhəli ola bilər və fərdi məlumatlar oğurlana bilər. Həmin anlarda təşvişə düşmək lazım deyil. Tövsiyə olunur ki, müəyyən proseslərin gedişlərini izləsinlər və ona uyğun hərəkət etsinlər. Yəni, əsas narahatlıq vətəndaşların fərdi məlumatlarının oğurlanması, resurslarına başqa adamlar tərəfindən giriş olması ilə bağlı ola bilər. Tövsiyəm o olardı ki, istifadəçilər öz şifrələrini dəyişsinslər. Arzu olunmayan, şübhəli mesajlara, yazışmalara diqqətli yanaşsınlar və açmasınlar. Elementar informasiya təhlükəsizlik qayadlarına əməl etmək vacibdir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 937
avatar

Aygün İbrahimli

Oxşar yazılar