Son 10 il ərzində Azərbaycanda 7 aeroport tikilib
21 sentyabr 2013 10:21 (UTC +04:00)

Son 10 il ərzində Azərbaycanda 7 aeroport tikilib

“Azərbaycanın bir neçə əsas sənaye mərkəzi olmalıdır. Bakının Qaradağ rayonu, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri. Əlbəttə ki, digər şəhər və rayonlarımızda sənaye işləri gedəcək”. Lent.az-ın məlumatına görə, bunu Bakının Qaradağ rayonunda gəmiqayırma zavodunun açılış mərasimində çıxışı zamanı prezident İlham Əliyev deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda tikinti materialları və sənaye istehsalı maksimum dərəcədə təşkil edilməlidir: “Azərbaycanda mənim təşəbbüsümlə yaranmaqda olan texnoparklar layihəsi də uğurla icra edilir. Yaxın zamanlarda biz texnoparkın birinci nəticəsini görəcəyik. Mən tam əminəm ki, bizim siyasi baxışlar konsepsiyamız – “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası tam şəkildə öz həllini tapacaq və Azərbaycan güclü sənaye mərkəzi olacaq. Nəqliyyat sektoruna gəldikdə, qeyd etməliyəm ki, neftdən əldə edilmiş gəlirlərin bir hissəsi nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilib. Gəmiqayırma zavodunun tikintisi nəqliyyat sektoruna bir töhfədir. Çünki bizim çox əlverişli coğrafi vəziyyətimiz var. Azərbaycan təbii dəhlizlər üzərində yerləşib. Şimal-cənub, şərq-qərb dəhlizləri Azərbaycandan keçir. “gər müasir logistika və nəqliyyat infrastrukturu olmasa, bu yerləşmənin heç bir əhəmiyyəti olmayacaq”.

 

Dövlət başçısı daha sonra bildirib ki,  bütün başqa sahələrlə yanaşı, nəqliyyat sektorunun inkişafına da böyük investisiyalar qoyulub, böyük diqqət göstərilib. “Son illərdə Azərbaycanda nəqliyyatın bütün növləri inkişaf edib. Son 10 il ərzində 19 yük gəmisi, bərə, tanker, 31 təyyarə alınıb, 7 aeroport tikilib. Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu da strateji əhəmiyyətə malik olan bir layihədir. Avtomobil yolları, bizim əsas avtomagistrallar və kənd yolları yenidən qurulur, tikilir. Bakıda bax, belə gözəl gəmiqayırma zavodu tikilir. Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir ki, o da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq. Onun yükötürmə gücü ilkin mərhələdə 10 milyon, ondan sonra 20 milyon tona bərabər olacaq. Gələcəkdə nəzərdə tutulan yükdaşımalarının artımı bax, yeni infrastrukturun yaradılmasını tələb edir”-deyə, prezident İlham Əliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1247
avatar

Oxşar yazılar