Sınaq qiymətləndirmə bu gün başa çatır
13 iyun 2014 12:10 (UTC +04:00)

Sınaq qiymətləndirmə bu gün başa çatır

İyunun 10-dan başlayan Bakı müəllimlərinin sınaq qiymətləndirməsi bu gün başa çatır. Bu barədə Lent.az-a Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib. Artıq sınaq qiymətləndirmədə 22 minə qədər müəllim iştirak edib.

 

Hazırda cavab kartlarının emalı prosesi gedir. Bütün cavab kartları emal olunduqdan sonra müəllimlər təhsil idarəsinin saytında xüsusi olaraq yaradılacaq bölmədə buraxılış vərəqində göstərilən iş nömrəsi və soyadı daxil etməklə nəticələri öyrənə biləcəklər. İmtahanların keçirilməsi üçün paytaxtda müəllim sayına uyğun olaraq 30 mərkəz seçilib. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə iştirak edənlərin sayı 30072 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389

Oxşar yazılar