Sınaq imtahanlarının nəticəsi yaxın günlərdə açıqlanacaq
19 fevral 2013 10:31 (UTC +04:00)

Sınaq imtahanlarının nəticəsi yaxın günlərdə açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 17-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində  magistratura imtahanının birinci mərhələsi üzrə  sınaq imtahanı keçirib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

 İmtahanda iştirak etmək üçün 7398 nəfər qeydiyyatdan keçib. 

 10 imtahan mərkəzi ayrılıb, idarə olunması üçün 24 imtahan rəhbəri, 238 nəfər nəzarətçi-müəllim  cəlb edilib.  

İmtahan günü Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanmış, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb.  

 Nəticələr  yaxın günlərdə bilinəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar