Şimşək çaxacaq, leysan gözlənilir - <span style="color:red;">XƏBƏRDARLIQ
24 aprel 2014 14:19 (UTC +04:00)

Şimşək çaxacaq, leysan gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 9-13, gündüz 13-17 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında aprelin 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Aprelin 25-dən 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin

güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

# 2958
avatar

Oxşar yazılar