Silahlı Qüvvələrin tibb personalına döyüşə hazırlıq tapşırığı verilib
16 iyul 2015 19:37 (UTC +04:00)

Silahlı Qüvvələrin tibb personalına döyüşə hazırlıq tapşırığı verilib

 

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunmuş toplantı keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, toplantıda Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək cari ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azalmasını diqqətə çatdırıb.
 

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi qayğının nəticəsində hərbi qulluqçular bu gün müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş hərbi tibb müəssisələrində müayinə və müalicə olunurlar. 
 

 

Toplantıda Silahlı Qüvvələrin bütün tibb müəssisələri və personalına, stasionar və səhra hospitallarının rəhbərliyinə ehtimal olunan döyüş fəaliyyətlərinə hər an hazır olmaları barədə və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.
 

Tibb hərbi hissə və müəssisələrin rəhbərləri qış tədris dövründə görülən işlər haqqında, eləcə də tapşırıqların hər an yerinə yetirilməsinə hazır olmaları barədə məruzə ediblər.
 

Sonda 2015-ci ilin ikinci yarısı üçün tapşırıqlar dəqiqləşdirilib, xidmətdə fərqlənən hərbi qulluqçular təltif olub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar