19 iyul - 3 avqust tarixlərində Səyyar "ASAN xidmət" Quba şəhərində Quba və Qusar sakinlərinə, Ağstafada isə Ağstafa və Qazax rayonlarının sakinlərinə səyyar formada xidmət göstərəcək.
Xidmətdən Lent.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.