QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 22-23 iyul tarixlərində Düşənbədə keçiriləcək «İslam dini ekstremizm və terrorizmə qarşıdır» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.
Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.