Seysmoloji Mərkəzdən zəlzələ açıqlaması: “Belə təkanlar olmalıdır...”
12 mart 2013 14:57 (UTC +04:00)

Seysmoloji Mərkəzdən zəlzələ açıqlaması: “Belə təkanlar olmalıdır...”

“Son günlər Xəzərdə baş verən zəlzələlər 3-3,5 bal gücündə zəif təkanlardır, belə təkanlar olmalıdır”.

 

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli söyləyib.

 

Qurban Yetirmişli bildirib ki, xırda təkanlar  Xəzərdə güclü zəlzələnin olacağından xəbər vermir: “Narahatlıq doğuracaq hər hansı məqam da yoxdur”.

 

Qeyd edək ki, martın 9-da saat 16:41 radələrində Xəzər dənizində 2,9 maqnitudalı, martın 10-da saat 9:29 radələrində 3,6 maqnitudalı, martın 10-da saat 14:41 radələrində isə 4,2 maqnitudalı zəlzələlər baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926
avatar

Oxşar yazılar