GÜNÜN ŞƏRHİ
Nemtsov siyasi karyera perspektivi tükənmiş siyasətçilər nəslinin nümayəndəsi idi. Postsovet məkanı respublikaları belə siyasətçilərlə dolub-daşır. Bazar iqtisadiyyatına keçid dövrünün, ilkin kapital yığımı mərhələsinin qəhrəmanlarından idi Nemtsov. Keçid dövrü bitdi və özü ilə dövrün yaratdığı siyasətçiləri də arxivə atdı. Bu mənada Boris Nemtsovun siyasi hakimiyyət üçün heç bir təhlükə kəsb etmirdi, istəsə belə edə bilməzdi. Bütün bunlar törədilən qətlə haqq qazandıra bilməz, ümumiyyətlə insan qətlinə heç bir səbəblə haqq qazandırmaq olmaz. Nemtsovun qətlinin cəmiyyətin bütün təbəqələrində təəssüf hissi doğurmasının tək səbəbi var - o, adioz sima deyildi, aktiv siyasətlə məşğul olduğu dövrdə hər zaman liberal baxışları ilə önə çıxmışdı. Bu liberallığını Ukrayna böhranında da nümayiş etdirmişdi. Baxmayaraq ki, Nemtsovun fikri Rusiyada çox az adamı maraqlandırırdı, amma o Ukraynadakı müharibəni ədalətsiz sayırdı. Elə cəmiyyətin də yadında belə qalmışdı - sadə, ədalətli, yaraşıqlı, enerjili siyasətçi kimi. Əslində bir çox insanları təəssüfləndirən məqam da budur - onlar siyasətçinin deyil, adioz olmayan bir gəncin ölümünə heysizlənirlər.

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Fevral
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26