Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Dekabr
25 dekabr 2014 20:16 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Dekabr

0

Günün şərhi

Məni qınamayın, sanki artıq yollarda baş verən, quldur basqını nəticəsində, şəxsi zəmində törədilən ölüm hadisələri və qətllər kölgədə qalıb... Çünki demək olar hər gün insanın heç bir şərh verə bilməyəcəyi və mat qaldığı daha dəhşətli qətllər baş verir... Yalnız son iki ay ərzində bu dəhşətli qətlləri sadalasam siz də mənimlə razılaşarsınız... Mingəçevirdə qardaş doğma bacısını Kürdə batırdı, Bakıda qardaş bacısını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdi, 40 yaşlı qadın gəlinini, sonra da altı aylıq nəvəsini qəddarlıqla öldürdü və nəhayət, bu gün... Lənkəranda ana iki yaşlı oğlunu boğdu... Körpəsini öldürdükdən sonra həkimləri və polisi aldatmağa cəhd edən bu qadının hər hansı anlaqsız vəziyyətdə olmasına bir vətəndaş kimi mən inanmıram... Hər halda bunu ekspertlər müəyyən edəcək... Mənim isə heç kəsi təhqir etmək fikrim olmasa da deməliyəm ki, vəhşi adlandırdığımız heyvanlarının belə edə bilməyəcəyi hərəkətləri, artıq insanlar etməyə başlayıblar...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar