Şərqşünas Əkrəm Rəhimli: “Pişəvəri Azərbaycana gəldikdən sonra 172 gün yaşadı”
14 dekabr 2015 19:57 (UTC +04:00)

Şərqşünas Əkrəm Rəhimli: “Pişəvəri Azərbaycana gəldikdən sonra 172 gün yaşadı”

 

AMEA Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru - Əkrəm Rəhimli
 

Mövzu: 70 yaşlı 21 Azər Hərəkatı


 
"Pişəvəri 20-ci əsr o taylı, bu taylı Azərbaycan tarixində ən görkəmli, tanınmış simalardan biridir"

 

"Seyid Cəfər Pişəvəri xatirələrində yazır ki, pəncərələri silən gündən gələn adamam, o günləri unutmuram"


"Seyid Cəfər Pişəvəri maarifçiliyə başlayır, jurnalistikaya, ordan da siyasi xadimliyə keçir"


"Bir müddət İsfahanda kommunist kimi mübarizəni davam etdirir"


"11 il kommunst olur, sonra ideyaları vətənində icra edə bilməyəcəyini düşünəndən sonra, o prinsipdən əl çəkir"


"Pişəvəri əvvəl İran Xalq Partiyasının yaradıcılarından biri oldu, sonra uzaqlaşdı, çünki İranın çox millətli ölkə olduğu orada qeyd olunmurdu"

 

"Pişəvəridə ilk əvvəllər irançılıq görürük, Məclisə gələndən sonra azərbaycançılığa keçir və əqidəsini dəqiqləşdirir"


"77 nəfərin iştirakı ilə 12 tələb verirlər, 1945-ci ildə bunu elan edirlər və artıq bu şüarlar yaranan kimi axın başlayır"


"Dekabr ayının 12-də kütlə ayağa qalxır, silahlanır və Güney Azərbaycanın şəhərləri azad olur"


"Sovetlərin maddi, mənəvi köməyini inkar etmək olmaz, amma burada əsas kütlə idi"


"Milli Hökumət yaranandan sonra ilk növbədə Milli Məclis təşkil edildi, bu hökumət
qeyri-azərbaycanlıların da hökuməti oldu, onlara da eyni hüquqlar verildi"


”Milli Hökumətin qərarı ilə Azərbaycanda qadınlar seçib-seçilmək hüququna malik oldular. Azərbaycan dilinə dövlət dili status verildi"

"Milli Hökumətin yaranması ilə milli və mədəni oyanış başladı"


"Milli Hökumət qurulandan sonra ordu yaradıldı"


"Vaxtilə maddi, mənəvi kömək etmiş Sovetlər sonda milli hökuməti tək qoydu"


"Milli Hökumətin süqutundan sonra Pişəvərini aldadıb bura gətiriblər və burada da qalıb. Pişəvəri bura gələndən sonra 172 gün yaşayıb"
 

 

"Pişəvəri Sovet hökuməti üçün baş ağrısı olmuşdu"

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar