Sərnişindaşıma tarifləri ucuzlaşıb
17 aprel 2013 11:54 (UTC +04:00)

Sərnişindaşıma tarifləri ucuzlaşıb

Bu ilin mart ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0.9 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə 0.1 faiz bahalaşıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 6,8 faiz, tranzit üzrə 5,4 faiz, ixrac üzrə 4,4 faiz, yerli əlaqə üzrə 1,6 faiz bahalaşıb, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 3,1 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 2,6 və 7,9 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 1,1 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz ucuzlaşıb, qazın tarifləri isə dəyişməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148

Oxşar yazılar