Sənaye məhsulunun istehsalı artıb
15 mart 2013 17:30 (UTC +04:00)

Sənaye məhsulunun istehsalı artıb

2013-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə

fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 5.7 milyard manatlıq və ya ötən ilin

müvafiq dövrü ilə müqayisədə 0.4 faiz az sənaye məhsulu istehsal olunub. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məhsulun 4.3 milyard manatı və ya 75.3 faizi mədənçıxarma bölməsində istehsal olunub, 7.2 milyon ton neft və 2.9 milyard kub. metr əmtəəlik qaz hasil edilib.

Sənayenin emal bölməsində iki ay ərzində 1027.5 milyon manatlıq və ya 15.5

faiz çox sənaye məhsulu istehsal olunub. Qida məhsulları istehsalı 2.2

faiz, içki istehsalı 10.1 faiz, tütün məmulatları istehsalı 62.3 faiz, toxuculuq sənayesi

məhsulları istehsalı 0.4 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 2 dəfə,

kağız və karton istehsalı 5.2 faiz, poliqrafiya fəaliyyəti 87.9 faiz, neft məhsulları

istehsalı 20.5 faiz, kimya sənayesi məhsulları istehsalı 6.1 faiz, əczaçılıq məhsulları

istehsalı 2 dəfə, rezin və plastmas məmulatları istehsalı 13.5 faiz, tikinti materialları

istehsalı 55.2 faiz artıb.

 

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3.9 faiz artıb, neft-qaz

sektorunda isə 1.4 faiz azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar