Səlim Müslümov: ”UNİSEF-in təcrübəsi ölkəmiz üçün önəmlidir”
02 dekabr 2013 12:21 (UTC +04:00)

Səlim Müslümov: ”UNİSEF-in təcrübəsi ölkəmiz üçün önəmlidir”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla UNİCEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Mark Herevard arasında görüş olub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Görüşdə Səlim Müslümov sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılması və onlarda xidmət sisteminin təkmilləşdirilməsində UNİCEF-lə əməkdaşlığın xüsusi önəmini qeyd edib.

Eyni zamanda, bir çox bölgələrdə yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların yaradılacağının nəzərdə tutulduğu  bildirilib. Nazir UNİCEF-in mütərəqqi dünya təcrübəsinə əsasən ekspertiza dəstəyinin ölkəmiz üçün önəmli ola biləcəyini deyib.

Mark Herevard UNİCEF-in nazirliklə əməkdaşlığının qeyd olunan sahələri də əhatə etməsi üçün səylərin göstəriləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001

Oxşar yazılar