Səlim Müslümov 7 rayonun sakinləri ilə görüşdü
15 may 2013 12:36 (UTC +04:00)

Səlim Müslümov 7 rayonun sakinləri ilə görüşdü

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov  mayın 15-də Fondun Sabirabad rayon şöbəsinin inzibati binasında Şirvan, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və  Sabirabad sakinləri ilə görüşüb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbulda iştirak etmək üçün vətəndaşlar onlara ayrılmış nəqliyyatla Sabirabada gediblər.

 

Görüşdə 20-dən artıq vətəndaşın müraciəti dinlənilib, onların problemləri ilə bağlı dərhal tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ediblər. Bütün müraciətlərə baxılaraq tədbirlər görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərə göstərişlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar