Səhiyyə Nazirliyinin “qaynar xətt”inə 354 müraciət daxil olub
12 iyul 2013 13:48 (UTC +04:00)

Səhiyyə Nazirliyinin “qaynar xətt”inə 354 müraciət daxil olub

 

Bu ilin iyun ayı ərzində Səhiyyə Nazirliyinin “qaynar xətt” (9103) xidmətinə 354 müraciət daxil olub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlərin 227-si şikayət olub. Onlardan 11-i əsaslı, 130-u əsassız, 86-sı isə cari problemlərlə bağlı şikayətdir. Müraciətlərin 14-ü aidiyyəti üzrə deyil, 113-ü sorğu xarakterli olub.

 

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Səhiyyə Nazirliyi bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görüldüyünü bildirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar