Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA
28 oktyabr 2013 12:58 (UTC +04:00)

Səhiyyə Nazirliyindən ana ölümü ilə bağlı - RƏSMİ AÇIQLAMA

“Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişən Pərvinə Hüseynova ilə bağlı məsələ Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır”. Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. Onun sözlərinə görə, Komissiya P. Hüseynovanın hamiləliyinin necə keçirdiyini, ölüm hadisəsində həkim səhvi olub-olmamağını araşdıracaq: “Araşdırmaların nəticələrini yaxın 2-3 həftə ərzində bəlli olacaq”.

 

Nazirlik sözçüsü onu da vurğulayıb ki, ana ölümləri ilə bağlı araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə mütəmadi məlumatlar verilir.

 

Qeyd edək ki, 26 yaşlı gənc qadın Sumqayıtda 1 saylı doğum evindən ölümcül halda bir həftə əvvəl Respublika xəstəxanasına gətirilib. Onu da xatırladaq ki, P. Hüseynova tanınmış telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1503

Oxşar yazılar