Səhiyyə naziri peyvəndlərlə bağlı yeni əmr imzaladı
03 mart 2016 15:02 (UTC +04:00)

Səhiyyə naziri peyvəndlərlə bağlı yeni əmr imzaladı

 

Səhiyyə naziri “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyinin tabeli müəssisələrinə rayon səviyyəsində peyvəndlərlə əhatə səviyyəsinin yüksək dərəcədə saxlanılması, əhali qrupları arasında peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə işinin aparılması, profilaktik peyvənd təqvimində poliomielitə qarşı əlavə vaksinin daxil edilməsi, immunizasiya ilə əhatənin vaxtında və tam dolğun olunmasını təmin etmək məqsədi ilə zəruri hallarda yerli səviyyədə səyyar briqadalardan istifadə olunması və s. tədbirlərin icrası nəzərdə tutulub.

Bundan başqa, əmr çərçivəsində “Elektron sağlamlıq kartı” sistemi və Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin imkanları idarə olunan xəstəliklərin təhlilində istifadə ediləcək.

Əmrdə bildirilib ki, Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində tədbirlərin icrasını davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Oxşar yazılar