Avropa və bölgə dövlətlərinin İrandakı səfirlərinin xanımları martın 12-də Azərbaycanın mərkəzi Təbrizə səfər edib.
Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, onlar 2012-ci ilin avqustunda Güney Azərbaycanın Qaradağ mahalında baş vermiş zəlzələdən zərərçəkən rayon və kəndlərə gedib, şəraitlə tanış olublar.
Zəlzələ bölgəsinə gedənlər heyətə Azərbaycan Respublikası, Çexiya, İndoneziya, Çin, Livan səfirlərinin xanımları, eləc də Fələstinin Tehrandakı səfirinin qızı daxil olub. Onları xarici işlər nazirinin və məmurların xanımları müşayiət edib.
Xatırladaq Ki, ötən ilin yayında 6,3 və 6,4 bal gücündə zəlzələ 300 min nəfərin yaşadığı ərazini əhatə edib. Təbii fəlakət nəticəsində 12 kənd yerlə-yeksan olub, 3 mindən çox insan xəsarət alıb.425 kəndə ciddi ziyaн dəyib. Yüzlərlə insan həlak olub.