Prezident İlham Əliyev “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əmək haqlarının təkmilləşdirilməsi haqqında” sərəncamında dəyişiklik edib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən səfir müavini vəzifəsini tutan diplomatik xidmət əməkdaşlarına əmək haqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilib.
Qeyd edək ki, səfir müavini vəzifəsinin yaradılması bu il aprelin 5-də parlamentdə qəbul edilən “Diplomatik xidmət haqqında” qanuna dəyişikliklər haqqında qanunda əksini tapıb. Səfir müavini statusu daimi nümayəndənin müavinin və baş konsulun statusu ilə eyniləşdirilib. Səfir müavini təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müəyyən olunub.