Səbaildə bayram tədbiri
07 mart 2013 18:27 (UTC +04:00)

Səbaildə bayram tədbiri

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar bayramına həsr olunan bayram tədbiri keçirilib. Lent.az-ın məlumatına görə,  tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əvvəlcə 8 Mart -Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verib.

A.Əsgərov bildirib ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir: “Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Ombudsman, komitə sədri, Milli Məclis üzvlərinin 20-i, bir neçə nazir müavini, respublikanın bir çox rayonlarının icra hakimiyyəti başçılarının müavinlərindən biri, bir sıra məhkəmələrin sədrləri və hakimləri qadınlardır”. 

Tədbirin sonunda A. Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara hədiyyələri təqdim olunub.

Qeyd edək ki, görüş incəsənət ustalarının konserti ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar