Səbaildə 9 ayın yekunları müzakirə edilib
17 oktyabr 2013 12:25 (UTC +04:00)

Səbaildə 9 ayın yekunları müzakirə edilib

Səbail rayonunda 2013-cü ilin doqquz ayının yekunları müzakirə olunub. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ölkədə 9 ay ərzində iqtisadiyyat 5 %, qeyri-neft sektoru 10,4 %, kənd təsərrüfatı 5 % artıb, inflyasiya cəmi 2,3 % olub, əhalinin pul gəlirləri təxminən 7,6 % artıb. Ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirib ki, 2013-cü ilin doqquz ayı ərzində Səbail rayonunun sənaye müəssisələri tərəfindən 17.566,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 % çox sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 408,9 milyon manatlıq və ya keçən illə müqayisədə 1,6 % çox, rabitə müəssisələri tərəfindən 471,2 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.263,4 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,4 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.104,1 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 4,2 dəfə artıb.

İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 183,3 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 2,8 % çox istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən 219,3 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 % çoxdur. Həmin dövr ərzində əhaliyə 61,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri göstərilib. 2013-cü ilin 9 ayı üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113398 nəfər, orta aylıq əmək haqqının məbləği isə 999,1 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 5,7 % çoxdur. 2013-cü ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 1585 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumiyyətlə, yalnız 2009-cu ilin yanvarından 2013-cü ilin oktyabr ayının 1-dək rayonda 10079 daimi iş yeri açılıb. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ilin ilk 9 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının binasının, 3 saylı Vərəm Əleyhinə Dispanserinin, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbinin, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının, A.H.Kazımov adına 1 və Bayıldakı 33 saylı saylı şəhər poliklinikalarının, 44 saylı uşaq bağçasının, Dağüstü parkın ərazisinin bir hissəsinin əsaslı təmir-yenidənqurması işləri başa çatdırılıb, «Azadlıq» Meydanında yeraltı qaraj istifadəyə verilmiş, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulub. Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb, qəsəbədə 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpusun tikintisi və bağçanın köhnə binası başa çatıb. Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır. Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın inşası başa çatıb, iyulun 22-də ölkə başçısının iştirakı ilə açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsində 136 saylı uşaq bağçasında əsaslı təmir aparılıb, sentyabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva və qızı Arzu Əliyevanın iştirakı ilə istifadəyə verilib. Ha¬zır¬da rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, «Qız qalası»nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib.

RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və «Şəhidlər Xiyabanı» kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlər üçün tikili inşa olunub, qəsəbədə texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası tikilib, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub. Hazırda Badamdar şosesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının yenidən qurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 2 ədəd, Bayıl dairəsindəki 3 ədəd yaşayış binasının, A.İsgəndərov küçəsi 1 və 3/5 ünvanlarında, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və fasadlarının təmir-yenidənqurulması işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019
avatar

Oxşar yazılar