Səbaildə 2012-ci ilin yekunları müzakirə edilib
01 fevral 2013 15:55 (UTC +04:00)

Səbaildə 2012-ci ilin yekunları müzakirə edilib

Bu gün Səbail rayonunda 2012-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, hesabat yığıncağında məruzə ilə çıxış edən icra başçısı Asif Əsgərov bildirib ki, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 949,1 milyon manatlıq məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 633.4 milyon manatlıq nəqliyyat xidmətləri göstərib. 2012-ci ildə rayondakı rabitə müəssisələri tərəfindən 913,5 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 13,4 % çox rabitə xidmətləri həyata keçirilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4.303,9 milyon manat olub ki, bu da əvvəlki ilin  müvafiq dövrü ilə müqayisədə 21,4 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.229,3 milyon manat olub. Ötən il Səbail rayonunda «Bakıelektrikşəbəkə» ASC-nin  «İçərişəhər» yarımstansiyası, beşulduzlu «CW Mariott Abşeron» və   “Four Seasons Hotel Baku” mehmanxanaları, Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının binası,  «Baku Cristal Hall» Kompleksi,   Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsi, «Hilton-Baku» otelinin qarşısındakı park, Azneft döngəsində, Mikayıl Useynov küçəsində inşa olunmuş yeraltı piyada keçidi, SSRİ Xalq Artisti Bülbülün və  İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidələri, Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəb və yeni uşaq bağçasının binaları, əsaslı təmir-yenidənqurma işləri aparılıb, Bakı Funikulyoru, Səadət sarayı, «Kiçik Venesiya şəhərciyi», Səbail rayonu  49 nömrəli “İntellekt” məktəb-liseyin binası və onun yeni tədris korpusu və Badamdar qəsəbəsində Heydər Əliyev parkı istifadəyə verilib.

 

Tədbirdə Skayp qoşulması vasitəsi ilə Cənubi Koreyada təhsil alan Fərid İbrahimov iclas iştirakçılarına öz ürək sözlərini çatdırıb. Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub, Səbail RİHBA-nın əməkdaşı Böyükağa Seyidova «Dövlət qulluğunda fərqlənməyə görə» medalı, bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və 2012-ci ildə müxtəlif müsabiqə və yarışlarda iştirak edib yüksək nəticələr əldə etmiş 10 nəfər orta məktəb şagirdinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615
avatar

Oxşar yazılar